1a "Novruz milii ruhumuz" başlığı altında tədbir keçirdi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında qeyri maddi-mədəni irsin təbliği məqsədilə məktəbli oxucular arasında Novruzun atributları olan Kosa və Keçəlin iştirakı ilə "Novruz milii ruhumuz" başlığı altında tədbir təşkil olundu.

Tədbirdə R.Əliyev adına 3 nömrəli tam orta məktəbin 1 "a" sinif şagirdləri və müəllim Zümrüd Əhədi iştirak etdi.

İnformasiya resurs şöbəsinin müdiri Ş.Ağayeva məktəbli oxuculara Novruz adət-ənənələri haqqında məlumat verdi. Baharın gəlişini xəbər verən Novruzun yeni il kimi qeyd olunmasının əbəs olmadığını bildirdi. Tədbirdə məktəbli oxucular tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əhməd Cavadın "Etnoqrafik etüdlər. Novruz şeirləri" silsiləsindən "Yaza xitab" adlı şeir kompazisiya şəklində səsləndirildi.

Daha sonra maraqla qarşılanan Novruzun obrazları - Kosa və Keçəlin məzhəkəsi, məzəli deyişmələri təqdim olundu.

Tədbirdə məktəbli oxucular tərəfindən "Novruz", "Səməni saxla məni", "Bahar" şeirləri səsləndirildi, "Arşın mal alan" liberettosu əsasında çəkilmiş filmdən rəqs nümayiş olundu. Bahar bayramında Azərbaycanın milli mətbəxini və məişət əşyalarını, tikmə və Novruz xonçası nümunələrini sinvolizə edən nümunələr əsasında təşkil edilmiş səhnə tərtibatı milli adət-ənənələrin əbədi olaraq nəsildən-nəslə ötürüldüyünü əks etdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi