"İrəvan Müəllimlər Seminariyası-140" illiyi ilə bağlı tədbir

Binəqədi rayon R.Əliyev adına 3 saylı tam orta məktəbi Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi ilə birgə təşkilatçılığı ilə İrəvan Müəllimlər Seminariyasının yaradılmasının 140 illiyi ilə əlaqədar "İrəvan Müəllimlər Seminariyası-140" başlığı altında dəyirmi masa təşkil etdi. Tədbirdə R.Əliyev adına 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi S. İmanova, məktəbin 9-cu sinfində təhsil alan məktəbli oxucular, Binəqədi rayon MKS-in direktor müavini X.Ələkbərova, Oxuculara xidmət şöbəsinin müdiri S.Mövsümova, Metodika və biblioqrafiya şöbəsinin müdiri Ş.Quliyeva, İnformasiya resurs şöbəsinin müdiri Ş.Ağayeva iştirak etdi. Dəyirmi masa arxasında dinlənilən çıxışlar Azərbaycanın tarixi torpağı olan İrəvanda təsis edilmiş Müəllimlər Seminariyasının yaranma tarixini və tarixi əhəmiyyətini, seminariyada təhsil və maarifçilik idelogiyasının inkişaf etdirilməsində xüsusi xidmətləri olan şəxsiyyətlərin fəaliyyətini, seminariyada təhsil alan və məzunu olan Azərbaycanın görkəmli şəxsiyyətləri haqqında diskusiyaları əhatə etdi. Tədbirin məqsədi İrəvanda mədəni-maarif işləri aparmasının, seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətlərinin və dövrünün görkəmli ziyalılarının olmasının təbliğ edilməsi, 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksək ixtisaslı milli müəllim kadrları ilə azərbaycanlıların üstünlük təşkil etdiyi, İrəvan mahalında ədəbi-ictimai, elmi-mədəni həyat haqqında gənc oxucuların fikirləri ilə bölüşmək və milli təhsil və maarifçilik işi üzrə tarixi faktları onlara çatdırmaq olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi