Birincilərimizlə "Təbiəti sevək və qoruyaq" adlı tədbir keçirildi

Binəqədi rayon R.Əliyev adına 3 saylı tam orta məktəbin 1 "a" və 1 "ç" sinif şagirdləri, sinif müəllimələri Zümrüd Əhədi, Məmmədova Nəzirə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsi İnformasiya resurs şöbəsilə birgə Mərkəzi Kitabxanada "Təbiəti sevək və qoruyaq" adlı tədbir təşkil etdi.

Tədbirdə Binəqədi rayon R.Əliyev adına 3 saylı tam orta məktəbin 1 "a" və 1 "ç" sinif şagirdləri, sinif müəllimələri Zümrüd Əhədi, Məmmədova Nəzirə iştirak etdilər.

Uşaq şöbəsinin müdiri Səidə Sərdarova kiçikyaşlı məktəbliləri Uşaq şöbəsi ilə yaxından tanış etdi. Daha sonra məktəblilərə şöbədə yaradılan "Təbiəti sevək və qoruyaq" başlıqlı sərgi və sərgidə yer alan "Azərbaycan Respublikasının Qırmızı Kitabı" haqqında məlumat verildi. Qeyd edildi ki, hər bir Vətən övladı doğma Vətənimizin hər gülünün, çiçəyinin qədrini bilməli, ağac və heyvanları qorumalı, təbiətə qayğı ilə yanaşmalıdır. Tədbirdə məktəblilər təbiətə həsr olunan "Söyüd ağacı", "Çinar", "Şamı niyə kəsirsiniz?", "Təbiəti sevək", "Ağacı əkək" və s. şeirlərini səsləndirdilər. Məktəblilərin çəkdikləri ağac şəkilləri tədbirə xüsusi rəng qatdı. İnformasiya resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva məktəblilərə Azərbaycanın Milli Qoruqları haqqında video-çarx təqdim etdi və geniş məlumat verdi.

Tədbirin sonunda məktəblilər Uşaq şöbəsinin məktəbli oxucu qrupuna üzv yazıldılar.

Tədbirin məqsədi təbiəti qorumağın, mühafizə etməyin, onun flora və faunasına can yandırmağın hər birimiz üçün vacib olduğunu məktəbli oxuculara çatdırmaq oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi