"Beynəlxalq Ana dili Günü" mövzusunda tədbir keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Oxuculara xidmət şöbəsi Mərkəzi Kitabxanada "Beynəlxalq Ana dili Günü" mövzusunda tədbir təşkil etdi.

Tədbirdə Binəqədi rayon R.Əliyev adına məktəbin 7 a sinif şagirdləri, sinif rəhbəri N.Mirzəyeva və M.F.Axundzadə adına 102 nömrəli məktəbin 6 a sinif şagirdləri, məktəbin təşkilati işlər üzrə direktor müavini L.Şükürova iştirak etdilər.

Uşaq şöbəsinin baş kitabxanaçısı Aygün Əliyeva şagirdləri mövzu ilə bağlı təşkil olunmuş sərgi ilə yaxından tanış etdi, məktəbli oxuculara "Beynəlxalq Ana dili Günü"nün tarixi haqqında geniş məlumat verdi.

Tədbirin məqsədi dövlətin ən ali dəyəri olan ana dilini sevmək, qorumaq, inkişaf etdirmək, bu dildə düzgün danışmağın hər birimizin vətəndaşlıq borcu olduğunu məktəbli oxuculara aşılamaq oldu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi