Anım günü ilə bağlı onlayn görüş

Bu gün anım günü ilə bağlı keçirdiyimiz tədbirdə şəhid analarının çıxışı, bir-birindən dəyərli fikirləri məni çox düşündürdü. Ayrı-ayrı şəhid analarının duruşu, baxışı necə bir-birinə bənzəyə bilər, ilahi?

Dedim ki, siz də anasınız, mən də anayam. Mənim də sizin övladlarınız yaşda övladlarım var. Amma siz fərqlisiniz,siz alisiniz, siz müqəddəssiniz.. Biz sizin olduğunuz zirvəyə ancaq aşağıdan baxa bilərik.

Ananın cavabı: "Övladlarımız döyüşə gedənə qədər biz də sıradan analar idik. Bizi zirvəyə onlar qaldırdılar"

Aygun xanım:"Vaxt var idi, Cəmili mənə görə tanıyırdılar, indi isə məni Cəmilə görə tanıyırlar"

Deməli, bu anaların qüruru da eynidir. Bir sözlə, deyirlər, analar müqəddəsdir. Demə, bu müqəddəslik də iki cür olurmuş.

Əziz şəhid anaları, əziz bacılar, müqəddəs cisminiz qarşısında baş əyirəm. Balalarınızın müqəddəs ruhu qarşısında baş əyirəm.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi