3 nömrəli məktəbdə Beynəlxaq Ana Dili Günü münasibətilə dərslər

Beynəlxaq Ana Dili Günü münasibətilə məktəbimizdə müxtəlif tədbirlər keçirildi.

Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə müxtəlif tədbirlər keçirilib.

"Ana dilim", “Dilimiz-dəyərimiz”, “Dilimiz varlığımızdır!”, “Ana dilimizi sevək və sevdirək!” və s. mövzularda dərslər, şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar, dəyirmi masalar təşkil olunub.

Şagirdlərimiz Azərbaycan dilinin tarixi barədə, doğma dilimizin əsrlər boyu keçdiyi inkişaf yolu, onun mükəmməl zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumatlar veriblər. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin və indiki dövrdə davamçısı olan Prezidentimiz İlham Əliyevin də xidmətlərini xüsusilə vurğulayıblar.

Bu gün şagirdlərimiz ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi