Dövlət Məşgulluq Agentliyinin 9-10-cu sinif şagirdləri ilə görüşü

Təhsil Nazirliyinin məktubuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşgulluq Agentliyinin 4 Saylı Ərazi Məşğulluq filialı əməkdaşları Əlizamin Quliyev və Rəcəb Əliyevin iştirakı ilə Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin akt zalında şagirdlərimizlə mükəmməl bir görüş keçirildi. Məktəbimizdə "Karyera planlaması" mövzusunda şagirdlərə peşəyönümü məsləhəti həyata keçirildi. Tədbirdə 9-10 cu sinif şagirdləri iştirak edirdilər. Onları maraqlandıran suallara cavab verilirdi. Şagirdlərin böyük marağına səbəb olan bu görüşün silsilə xarakteri daşıyacağı qəbul edildi. Tədbirin möhtəşəmliyinə səbəbkar olan çox dəyərli şagirdlərimizə və fədakar müəllim həmkarlarımıza təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi