Fəxrlərimiz

   Çox gözəl bir məlumatı sizinlə paylaşmaq istərdim.
Öncə sualım var, bu gənci tanıyırsınızmı? 
Müəllim kamil insan yetişdirən bir yaradıcıdı. Kamil insan əsərinin ilk sətirləri ailədən yazılır. Demək ailə mükəmməldirsə, orada ədəb, təhsilə yararlılığı ilə seçilən əsl ləyaqətli valideynlər varsa, demək ki, əsərin müəllifi də möhtəşəm olmalıdır. Bizim məktəbin fəxr olunası gəncimizi daha yaxından tanıyaq və onu doğum günü münasibətilə kollektivimiz adından  ürəkdən təbrik edək. 
Gəncimizin adı Elnurdu. Cəbiyev Elnur Uğur oğlu.   
2016/2017- ci tədris ili üçün l ixtisas qrupu üzrə qəbul imtahanlarından yüksək bal toplamış məzunumuz. 
Uğurun oğlu Elnur 5 il müddətində BANM-ı uğurla bitirmiş və müraciət etdiyi xarici ali məktəblərdən 2-nə doktorantura  səviyyəsinə qəbul olunub. Həmin ali məktəblər ABŞ məşhur universitetləridir.
Elnur Cəbiyev doktorantura təhsilini ABŞ Auburn Universitetində " Kimya mühəndisliyi" ixtisası üzrə davam etdirmək qərarına gəlib.
Uğurun oğlu Elnurun bu uğuru bizim də uğurumuzdur. 
Bu uğur ailəsinin və təhsil aldığı orta və ali məktəbinin birgə fəaliyyətinin nəticəsidir.  Əminəm ki, Elnur nəinki  Azərbaycanımızın, xarici ölkənin də  təhsilini növbəti dəfə yüksək göstəricilərlə başa vuraraq ölkəmizin gələcək inkişafına dəyərli töhfələr verəcəkdir, daima öz fəaliyyətində doğma təhsil ocağımızın adını yüksəldəcəkdir. 
Elnur Uğur oğlunu doğum günü münasibətilə bir daha 3 nömrəli kollektiv adından təbrik edir, möhkəm cansağlığı və işlərində daima nailiyyətlər qazanmağı arzulayırıq. 
Hörmətlə, Əməkdar müəllim, məktəbin direktoru Almaz Həsrət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi