Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir

  Təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir.
  Dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır. Bu mənada atılan addımlar, görülən zəruri işlər insanların sosial rifah halının daha da yaxşılaşdırılmasına hesablanıb.

  Dünyanın iqtisadi cəhətdən çətinliklərlə üzləşdiyi hətta bir çox nəhəng ölkələrdə inflyasiyanın baş verdiyi bir vaxtda Azərbaycanda fərqli mənzərə müşahidə edilir. Pandemiyanın iqtisadiyyata vurduğu zərərə, müharibəyə xərclənən vəsaitə müharibə əlilləri və şəhid ailələrinə ayrılan aylıq müavinətlərə baxmayaraq, Prezident İlham Əliyev tərəfindən əhalisinin yaşayış səviyyəsini yüksəltmək məqsədilə yeni sərəncamlar imzalanıb.

  Ötən günlərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar vətəndaşının rifahının, yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunun təsdiqidir.

  Ölkə başçısının əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına hesablanan sərəncamları bu istiqamətdə aparılan islahatların növbəti mərhələsinin başlanğıcıdır.         Prezident sözügedən sərəncamlarla bir daha təsdiq etdi ki, Azərbaycan hökuməti daim vətəndaşının yanındadır və maddi imkanları məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması dövlətin diqqət mərkəzindədir.

  Prezident İlham Əliyevin sosial islahatların növbəti mərhələsinə başlanmasını şərtləndirən yeni sərəncamları son 18 ildə həyata keçirilən siyasətin, aparılan islahatların real həyatda təsdiqini əks etdirir, sosial-iqtisadi nailiyyətlərin davamlılığından və dayanıqlılığından xəbər verir.

  Ölkədə əmək haqlarının, müavinətlərin artırılması ilə yanaşı, iş yerlərinin yaradılmasına, özünüməşğulluğun təmin olunmasına da daim həssaslıqla yanaşılır, ayrı-ayrı proqramların icrası zamanı bu məsələ xüsusi diqqətdə saxlanılır.

  Yeni sərəncamları ölkənin bütün təhsil işçiləri kimi məktəbimizin kollektivi də böyük rəğbətlə qarşılayıb. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 17-də imzaladığı sərəncam təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğının növbəti təzahürüdür. Sərəncamda nəzərdə tutulan artımlar 2022-ci il yanvarın 1-dən dövlət ümumtəhsil müəssisələrində çalışan təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

  Sərəncamda göstərildiyi kimi, dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40 faiz, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30 faiz artırılır.

  Onu da qeyd edək ki, sərəncama görə, təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunacaq. Məktəbimizin kollektivi Prezident İlham Əliyev tərəfindən təhsil işçilərinə göstərilən bu diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər.

Almaz HƏSRƏT,

Binəqədi rayonu Rüstəm Əliyev adına

3 nömrəli tam orta məktəbin direktoru, Əməkdar müəllim.

https://respublika-news.az/news/tehsil-iscilerinin-sosial-mudafiesinin-guclendirilmesi-her-zaman-dovletin-diqqet-merkezindedir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi