Monitorinq keçirilib
Bakı Şəhəri üzrə Təhsil idarəsinin təlimatına əsasən 2021-2022-ci tədris ilində IX siniflərdə buraxılış fənləri üzrə tədrisin keyfiyyətini ölçmək, inkişafın dinamikasını müəyyənləşdirmək üçün Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və ingilis dili fənləri üzrə ilk sınaq imtahanı keçirilib. Məktəbimizdə IX siniflərdən 6 sinif paraleli üzrə cəmi 132 nəfər təhsil alır. Həmin siniflərin ümumi şagird sayından 126 nəfəri iştirak edib. 6 şagird üzrlü səbəblərdən sınaq imtahanında iştirak edə bilməyib. Məktəbdə keçirilən monitorinq, tam tələblər gözlənilməklə və ciddi nəzarət təmin etməklə yüksək təşkilatçılıqla həyata keçirildi. Monitorinq zamanı məktəbin direktoru, respublikanın əməkdar müəllimi Almaz Həsrət və təlim-tərbiyə işləri üzrə direktor müavini Təranə Əliyeva IX siniflərdə prosesi izləyib və ciddi nəzarətdə saxlayıblar.
#3nömrəliməktəb