"Azərbaycan dövlətinin qurucusu və memarı"

  Dekabrın 12-si xalqımızın Ümummilli lideri çoxəsrli Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür.Dünya tarixi sübut etmişdir ki,şəxsiyyətlərin gücü,ağlı,cəsarəti,siyasi iradəsi və müdrikliyi məsul olduğu xalqın,onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir.Bu şəxsiyyətlər arasında müasir,müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri var.
   Anım günü ilə əlaqədar olaraq bugün məktəbimizdə Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Kərimova Labudə və sinif rəhbəri Mirzəyeva Nərminə müəlliminin birgə təşkilatçılığı ilə "Azərbaycanın qurucu memarı" adlı 7a sinif şagirdləri ilə birlikdə tədbir keçirilib.Giriş sözü ilə məktəbin tarix fənn müəllimi Vətən müəllim Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məruzə ilə çıxış edib.Daha sonra 7a sinif şagirdləri anım günü ilə əlaqədar olaraq hazırladıqları materialları və şeirləri təqdim ediblər.Tədbirdə musiqi fənn müəllimi İlhamə müəllimin şagirdlərlə birgə hazırladığı vətən və müstəqilliyimiz haqqında mahnılar səsləndirib.Tədbirdə Ümummilli liderin portiretlərindən ibarət sərgi də keçirilib.Tədbirdə böyük siyasi və dövlət xadimi,müstəlliyimizin atası Heydər Əliyevin həyat və fəaliyyəti geniş işıqlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi