“Şair və yazıçılarımızı tanıyaq”

        Bugün məktəbin kitabxanasında “Şair və yazıçılarımızı tanıyaq” layihəsi üzrə Azərbaycan dili və ədəbiyyat müəllimi Kərimova Labudə müəllimənin təşkilatçılığı ilə 6ç sinif şagirdləri ilə birlikdə tədbir keçirilib.C.Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbirdə ədib haqqında maraqlı məlumatlar dinlənilmiş və “Quzu”,”Saqqallı uşaq” və “Buz” hekayələri ətrafında qızğın mübahisələr getmişdir.Həmin tədbirdə şagirdlər “Molla Nəsrəddin” kitabı ilə də tanış olmuşlar.

Təlim tərbiyə işləri üzrə direktor müavini İlahə xanım,kitabxana direktoru Şövqiyyə xanım və kitabxanaçı Sara xanım tədbirdə iştirak etmiş,müzakirələrdə şagirdlərə dəyərli məsləhətlər vermişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi