Zəfər günümüz mübarək

   "Zəfər günü "- 30 ildən sonra bu möhtəşəm ifadə insana necə də hüzur verir. Sanki bütün dünya bu gün yalnız Azərbaycandır. Yaşadığımız çətinliklər, üzüntülər və həsrətli illər 44 günlük müharibə nəticəsində Zəfərlə başa çatdı, əvəzinə qürur, güvən, şərəf ,sevinc hissləri ilə dolu bir Qələbə tarixi yazıldı. Bu qələbədə 3 saylı tam orta məktəb ailəsi olaraq bizim də payımız var . Təbii ki,müharibədə iştirak edən məzunlarımızın simasında.
Bu gün 3 saylı tam orta məktəbin bütün müəllim , şagird və valideyn heyyəti, başda məktəb rəhbərliyi olmaqla çox böyük həyacan içində Zəfər gününü qeyd edirdi. 
    Məktəbimizin direktoru Almaz Həsrət öz igid məzunlarını məktəbə dəvət edərək onları qələbə münasibətilə təbrik edib,  məzunlarımızın müharibədən görüntüləri əks olunmuş fotostendin açılışını etdi. Müharibə iştirakçılarını şagirdlərin və müəllimlərin iştirakı ilə bədii kompozisiysalı və videogörüntülü təbriklərlə təşkil olunmuş tədbirə dəvət etdi. Məktəbimizin akt zalında möhtəşəm bir tədbirdən sonra əsgərlərin hər birinə Vətənə xidmətə görə ,bu zəfəri bizə yaşatdıqlarına görə xüsusi təşəkkürlər edildi, fotoşəkillər çəkildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi