Uğurumuz

   Məktəbin Azərbaycan dili - ədəbiyyat müəllimi Səbinə İmanova  e-Twinning layihəsində fəal iştirak etmiş, əvvəlcə Milli keyfiyyət nişanına, daha sonra Avropa keyfiyyət nişanına layiq görülmüşdü. Layihədə məktəbimizi layiqincə təmsil edən 9 e sinif şagirdləri də sertifikatla dəyərləndirilmişdir. Dünya məktəbləri arasında körpü yaradan, şagirdlər arasında dostluq əlaqələrini möhkəmləndirən, əməkdaşlığa, birliyə təkan verən e-Twinning layihəsi şagirdlərimizin dünyagörüşünün formalaşmasında xüsusi rol oynamışdı. Layihəyə start verilməsinin məhz zəfər ərəfəsinə təsadüf etməsi, şagirdlərimizin ölkə mədəniyyətini, Qarabağ mədəniyyətini yüksək şəkildə təqdim etməsi eyni zamanda onların vətənpərvər ruhda böyüməsindən xəbər verir. Bütün bunlara görə e-Twinning layihəsinin yaradıcılarına, müəllimlərə dəstək olan layihə təşkilatçılarına təşəkkür edir, həm şagirdlərimizə, həm də onların inkişafı üçün səy göstərən müəllimimizə uğurlar diləyirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi