Onlayn anım tədbirində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi

        Bu gün Binəqədi Rayon R. Əliyev adına 3 nömrəli tam orta məktəbin şagirdləri ilə keçirilən onlayn anım tədbirində şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Daha sonra dəvət olunan şəhid analarının, qazilərin çıxışı dinlənildi. Şagirdlərin bir birindən təsirli çıxışları hər kəsi qəhərləndirdi. Vətənpərvərlik notları ilə davam edən tədbirin sonunda məktəbin rəhbəri, Əməkdar müəllim Almaz Həsrət öz çıxışında gələn qonaqlara, bu zəfəri bizə yaşadan Ali Baş Komandana və onun rəhbərliyi altında şücaətli addımlar atan Azərbaycan ordusuna təşəkkür etdi, müqəddəsliyi ilə adını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirdi.

        Sonda bu cür tədbirlərin yeni tədris ilində də silsilə şəklində davam etməsi üçün lazımi dəstəyi göstərəcəyinə söz verdi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi