Yeni tədris ilimiz mübarək !

   22.09.2021-cil il tarixində yeni tədris ilində məktəbimizin ilk zəngi çalındı. Birincilərimiz və  ibtidai sinifdə təhsil alan şagirdlərimizin ilk zəngində Qarabağı bizə qaytaran məzunlarımızdan Elmira müəllimin oğlu Kamran və tarix müəllimimizin oğlu Vüsatı dəvət etdik. Onların  iştirakı  ilk zəng tədbirimizə böyük dəyər qatdı. Məktəbimizin önündəki bayrağımızı qaldıran da onlar oldu.  Qarabağımızda bu işi şərəflə yerinə yetirmiş, canı, qanı bahasıyla  vuruşub torpağımızda ucaldan mərd oğul Vüsat və Kamrana birincilərimiz üçün təkrar  bayrağı ucaltdıqları üçün minnətdarlığımız sonsuzdur .  Birincilərimizin ilk zənginin çalınması da məhz onlara həvalə olundu. 
   Zəfər soraqlı,  Qələbə sevincli, Cəngi sədalı,  Xudayar təsnifli tədris ilimizin ilk zəngi vuruldu. Yeni tədris ilimiz mübarək olsun...!!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi