R.Əliyev adına 3 nömrəli tam orta məktəb şagirdləri qəbul etməyə hazırdır

        R.Əliyev adına 3 nömrəli tam orta məktəb şagirdləri qəbul etməyə hazırdır

        16 sentyabr 2021-ci il tarixində məktəbin ibtidai sinif rəhbərləri və həmin siniflərdə dərs deyəcək fənn müəllimlərinin iştirakı ilə direktoryanı iclas keçirildi. Məktəbin direktoru Almaz Həsrət müəllimləri salamlayaraq yeni tədris ilinin başlanması və ənənəvi tədrisə keçidlə bağlı təbriklərini bildirdi. İclasda 15 sentyabrda BŞTİ rəhbəri Mehriban xanım Vəliyevanın direktorlarla keçirdiyi onlayn iclas zamanı verdiyi tövsiyyə və tapşırıqları məktəbin ibtidai sinif və orada dərs deyəcək fənn müəllimlərinə çatdırdı.

        Bildirildi ki, ümumi təhsil müəssisələrinin I-IV sinifləri 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlayacaq. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar siniflər ənənəvi şəkildə tədrisə başlanılacaq.

        Məktəbə yeni təyin olunmuş Vəfa həkim kollektivə təqdim edildi. Vəfa həkim karantin və profilaktika qaydalarını bir daha müəllimlərin nəzərinə çatdırdı.

        Məktəbin tədris işləri üzrə direktor müavini Təranə Əliyeva müəllimlərə yeni tədris planları ilə bağlı geniş məlumat verdi.

        Məktəblərdə tədrisin əyani şəkildə bərpa edilməsi ilə bağlı geniş hazırlıq işlərinin davam etdirilməsini bildirdi. Məktəbin ibtidai sinif müəllimlərinin 100% vaksin olduqları barədə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi