Dərsliklərin paylanmasına başlanıldı

        Bu gün R.Əliyev adına 3 nömrəli tam orta məktəbdə dərsliklərin paylanmasına başlanıldı. Pandemiya şəraitini nəzərə alaraq dərslikləri valideynlərə paylayan sinif rəhbərlərinin hamısı əlcək və maskadan istifadə etdilər.  Direktoryanı toplantıda kitabxana müdiri Feyzullayeva Şövqiyyə, kitabxanaçı Vəliyeva Sara ilə bərabər  dərsliklərin pandemiya qaydalarına riayət edilməklə səliqəli paylanması üçün növbəli cədvəl hazırlandı. Həmin cədvələ uyğun sinif rəhbərlərinə dərsliklər təhvil verildi. Məktəb rəhbərliyi tərəfindən karantin qaydalarına tam ciddi riayət olundu.  Məktəbin həyətində  sinif rəhbərləri təlimata uyğun maska və əlcəkdən istifadə edərək dərslikləri valideyinlərə payladı. Bu gün I, III, IV, V, VII siniflərin valideyinləri məktəbin həyətində ara məsafə saxlanılmaqla  hazır paketlənmiş dərslikləri təhvil aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi