Məktəbimiz Milli Keyfiyyət nişanına layiq görülüb

    Çox dəyərli həmkarlar.
    Yeni tədris ilimizin ilk gününün xoş xəbərini sizinlə də paylaşmaq istərdik. 

    Məktəbimizi beynəlxalq layihədə uğurla təmsil edən Səbinə müəllimə və şagirdlərin sayəsində böyük  nailiyyət əldə olunub. Məktəbimiz  Milli Keyfiyyət nişanına layiq görülüb. 
 e-Twinning layihəsində Türkiyədən 9, Litva, Portuqaliya, Azərbaycandan bir məktəb iştirak edirmiş. Ən uğurlu iş Azərbaycan məktəbinin təqdimatı oldu. Bunun üçün indiki 9 e sinif şagirdlərinə və Səbinə İmanovaya böyük  təşəkkür düşür. 
   Yaradıcılığı və yüksək fəaliyyəti ilə seçilən Səbinə müəllimə və iştirakçı şagirdlərimizə kollektivimiz adından çox sağ olasınız deyirik. 
    Nailiyyətlərimizin artmasında dəstək olan həmkarların hər birinə təşəkkür edirik. 
     Əhsən sizə, Səbinə müəllimə. Davamı olsun...

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi