"Yay məktəbi" proqramı çərçivəsində "Şuşanın mədəni irsi" mövzusunda əyani dərs

        Məktəbimizin musiqi müəllimi Şümşad Əliyeva 7 c sinif şagirdləri ilə "Yay məktəbi" proqramı çərçivəsində "Şuşanın mədəni irsi" mövzusunda əyani dərs təşkil etmişlər.

     Əyani dərs maarifləndirici ekskursiya formasında keçirilmişdir. Məktəblilər əvvəl Ü.Hacıbəylinin ev muzeyində oldular. Muzey bələdçisi G.Qasımbəyova dahi bəstəkarın həyat və yaradıcılığına aid maraqlı faktları şagirdlərin nəzərinə çatdırdı və eksponatlarla tanış etdi. Şagirdlər Hacıbəyov nəslinin nümayəndələri haqqında hazırladıqları məruzələri təqdim etdilər. Daha sonra məktəblilər Musiqi Akademiyasında oldular.Burada bəstəkar Ü.Hacıbəyli, Z.Hacıbəyov,maestro Niyazi və s.sənət korifeylərinin yaradıcılığı haqqında təqdimat etdilər və Şuşada keçirilən Musiqi Festivalı ilə bağlı məlumat əldə etdilər. Ekskursiya zamanı görülənlər şagirdlərin marağına səbəb olaraq həm də öyrədici xarakter daşıdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi