“Şuşanın bərpası, dirçəlişi hamımızın işidir”

        21 may 2021-ci il tarixində YAP Binəqədi və Şuşa rayon təşkilatlarının birgə təşkilatçılığı ilə “Şuşanın bərpası, dirçəlişi hamımızın işidir” adlı videokonfrans formatda tədbir keçirildi. Tədbirdə YAP Binəqədi və Şuşa rayon təşkilatlarının rəhbərliyi, aparatının əməkdaşları və fəalları, Binəqədi və Şuşa rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir başlamadan öncə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətinin videoçarx təqdim edildi.

        Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov vurğuladı ki, Şuşa Azərbaycan üçün tarixdir, milli qürurdur, milli mənlikdir, mədəniyyətdir. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra tariximizin də, milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi.

        Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin direktoru əməkdar müəllimi Almaz Həsrət bildirdi ki, Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan cənab İlham Əliyevin diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. İlham Əliyevin diplomatiyası faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır və əsrlər boyu burada azərbaycanlılar yaşayıb. O, həmçinin Şuşa rayon məktəbləri ilə əməkdaşlığın və birgə layihələrin icra olunmasının əhəmiyyətini bildirərək təşəbbüslə çıxış etdi. Təşəbbüs YAP Şuşa rayon təşkilatı və tədbirdə iştirak edən Şuşa rayonunun təhsil ictimaiyyəti tərəfindən müsbət qarşılandı.

        Tədbirin bədii hissəsində məktəbimizin sinif şagirdi Nuray Namazlı vətənpərvərlik mövzusunda şeir səsləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi