Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası
Mayın 5-də paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadası keçiriləcək. Mərkəz məktəb olaraq şagirdlərimizi qəbul etməyə tam hazırıq. Məntiqi güclü olan layiqlilərə qalibiyyət arzulayırıq.
Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.