“Multikulturalizm və azərbaycançılıq”

        Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Fəalları Klubunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və azərbaycançılıq” mövzusunda onlayn konfrans keçirilib. Konfransda məktəbimizin 8 e sinif şagirdləri və tarix müəllimi Kəmalə Həsənova iştirak etmişdir.

        Tədbirdə Azərbaycan multikulturalizm modeli barədə çıxışlar dinlənilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Konfransın yekununda Kəmalə Həsənova çıxış edərək etnik-mədəni dəyərlər və multikulturalizm siyasəti barədə öz fikirlərini bildirmiş, şağirdlərin bu mövzularda layihələrə cəlb olunması təklifini irəli sürmüş və tədbirə dəvət üçün təşəkkür etmişdir.

        Konfransda fəal iştirak edən şagirdlərimizə sertifikatlar təqdim olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi