"Puzzle" yarışmasının qalibi

        Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Bio Klubun təşkil etdiyi "Puzzle" yarışmasında universitet tələbələri ilə yanaşı məktəbimizin 8 e sinif şagirdi Mirzağayev Mirzağa da iştirak edərək qalib olmuş və 1-ci yerə layiq görülmüşdür. Qeyd edək ki, yarış fərdi olaraq Microsoft Teams platformu üzərindən keçirilmiş və "puzzle"ın yarımçıq parçalarına əsasən şəkli tamamlamaq üçün 5 mərhələdə aşağıdakı kateqoriyalar üzrə suallar təqdim olunmuşdu:

1.Dahi bəstəkarlar.

2.Tarixi abidələr.

3. Musiqi alətləri.

4.Canlılar.

5.Şəhərlər.

        İntellekti ilə universitet tələbələri və təşkilatçıları heyrətləndirməyi bacaran şagirdimizi və onun bu yarışmada iştirakını təmin edən tarix müəllimi Kəmalə Həsənovanı ürəkdən təbrik edirik.

        Uğurlarımız davamlı olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi