Azərbaycan Ordusuna çağırış

        29 aprel 2021-ci il Azərbaycan Atletika Federasiyasının təşəbbüsü ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası stadionunda 2007/2008-ci təvəllüdlü şagirdlərin atletika idman növünə uyğunluğu və cəlbi məqsədi ilə məşq yoxlama prosesi nəzərdə tutulmuşdur. Azərbaycan Atletika Federasiyası nizamnaməsinə əsasən ölkəmizdə Atletika idman növünün inkişaf etdirilməsi, kütləviləşdirilməsi, uşaq, yeniyetmə və gənclərin atletika ilə məşğul olması,onların fiziki cəhətdən sağlam böyüməsi, Azərbaycan Ordusuna çağırış yaşlı gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi uğrunda fəaliyyət göstərir.
        Bu məqsədlə keçirilən seçim prosesində məktəbimizin 20-ə yaxın şagirdi iştirak etdi. İdman müəllimlərimiz Elxan Məhəmmədov və Fariz  İsgəndərovun dəstəyi ilə bu seçim prosesində iştirak edən şagirdlərimiz məktəbimizi layiqincə təmsil edərək bir neçə medal və fəxri fərmanlarla təltif olunmuşlar. Elxan müəllim və Fariz müəllimə R.Əliyev adına 3 nömrəli tam orta məktəbin kollektivi adından təşəkkürümü bildirirəm. Nailiyyətlərimiz davamlı olsun.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi