“Multikulturalizm və azərbaycançılıq”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Fəalları Klubunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və azərbaycançılıq” mövzusunda onlayn konfrans keçirilib. Konfransda məktəbimizin 8 e sinif şagirdləri və tarix müəllimi Kəmalə Həsənova iştirak etmişdir.
Tədbirdə Azərbaycan multikulturalizm modeli barədə çıxışlar dinlənilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Konfransın yekununda Kəmalə Həsənova çıxış edərək etnik-mədəni dəyərlər və multikulturalizm siyasəti barədə öz fikirlərini bildirmiş, şagirdlərin bu mövzularda layihələrə cəlb olunması təklifini irəli sürmüş və tədbirə dəvət üçün təşəkkür etmişdir.