"Qarabağın gözəli, Şuşanın gözü- Xarı Bülbül" adlı tədbir

        Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin texnologiya müəllimi Ağayeva Bahar xanım 5a, 6c, e, ç, 7c, ç sinif şagirdləri ilə onlayn ümumiləşdirilmiş dərs keçdi. "Qarabağın gözəli, Şuşanın gözü- Xarı Bülbül" adlı tədbirdə şagirdlər dərsdə hazırladıqları əl işlərini göstərməklə yanaşı, şer, mahnı və esseləri ilə çıxış da etdilər. 30 dəqiqəlik onlayn tədbirdə texnologiya fənnini tədris edən Bahar müəllimə Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, həyat bilgisi, təsviri incəsənət, biologiya, musiqi fənnlərinə inteqrasiyanı əyani olaraq nümayiş etdirdi. Bu cür müəllimlərlə fərəhlənməyə dəyər. Əhsən Bahar müəllimə. Əhsən şagirdlərimizə. Gözəl və yadda qalan tədbir oldu. Əsl vətənpərvərlik hissi ilə dolu anları bizə yaşatdığınız üçün təkrar hər birinizə münnətdarıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi