Onlayn pedaqoji şura

        8 aprel 2021-ci il tarixində Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin növbəti onlayn pedaqoji şurası keçirildi. Pedaqoji Şuranın əsas gündəlik məsələlərinə - pandemiya dövründə şagirdlərin növbəti dəfə onlayn dərslərə qatılması, onların davamiyyətinin və daha da aktiv iştirakının təmin olunması məqsədilə yuxarı siniflərdə valideynlərlə onlayn iclasların keçirilməsinə diqqətin artırılması bildirildi.

        Bu gün rəhbərliyin və 84 müəllimin iştirakıyla onlayn formada keçirilən iclasda həmkarlara "Təhsil üçün vaksinasiya" hərəkatına qoşulmaları tövsiyyə olundu. İclasda aşağıdakı məsələlər müzakirə olundu:

1. Teams platformasında keçirilən dərslərdə şagirdlərin davamiyyət statistikasının təhlili;

2. Davamiyyəti zəif olan şagirdlərin valideynləriylə onlayn görüşün keçirilməsi;

3. Dərslərin keyfiyyətinin daha da yüksəldilməsi üçün görüləcək işlər;

4. Buraxılış imtahanına hazırlığın vəziyyəti.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi