11-cilər Xocalı faciəsini andılar

        Bu gün Binəqədi rayonu R.Əliyev adına 3 nömrəli tam orta məktəbin 11 c sinif şagirdlərinin iştirakı ilə vebinar keçirilib. 11 c sinif rəhbəri və hərbi müəllimin təşkilatçılığı ilə baş tutan  "Xocalı - zəfərə aparan yol" adlı  vebinarda məktəbin fənn müəllimləri, uşaq birliyinin rəhbəri, məktəbin təşkilatçısı və tədris işləri üzrə direktor müavini iştirak ediblər.  Şagirdlər Xocalı faciəsindən, Xocalı qəhrəmanlarından və 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışıblar. Vətənpərvər ruhda böyüyən şagirdlərimiz  Xocalı qısasını öz fikirləri ilə təhlil edib, qazanılan zəfərdən qürurla danışıblar. Tədbirdə məktəbin tarix fənn müəllimləri Vətən Hüseynov və Nigar Məmmədova da çıxış ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi