Əsgər məzun Salmanov Kamran Elbrus oğlu

Salmanov Kamran Elbrus oğlu 21 oktyabr 1990-cı ildə Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəbdə oxuyub. 2008-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2012-ci ildə ali təhsilini bitirdikdən sonra 2012-2013-cü illərdə həqiqi hərbi xidmət keçib. 2013-cü ildə 6 ay Nizami rayonu Gənclər və İdman idarəsində baş məsləhətçi vəzifəsində  işləyib. 2014-cü ildən indiyədək Sədərək TM-nin nəzdində  "Sabit Mühafizə Xidməti " MMC-də mühafizəçi işləyir. 2016-cı ildə Aprel döyüşləri zamanında  4 günlük hərbi təlim keçib. 2020-ci ildə  Qarabağ müharibəsinin iştirakçısı olub. Ailəlidir, bir övladı var.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi