Əsgər məzun Məmmədov Vüsət Ənvər oğlu

Məmmədov Vüsət Ənvər oğlu 17.07.1997-ci il tarixində Bakıda ziyalı ailəsində anadan olmuşdur. 2003-cü ildə Binəqədi rayonu R.Əliyev adına 3 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Məktəbdə təhsil aldığı illər ərzində müxtəlif tədbirlərdə iştirak etmiş, nailiyyətlər əldə etmişdir. İbtidai sinfi müvəffəqiyyətlə başa vurduqdan sonra Fizika, Riyaziyyat, İnformatika təmayüllü liseyə daxil olmuş, 9-cu sinfə qədər orda təhsil almış,  bir çox layihələrdə, intellektual yarışlarda  iştirak etmiş, nailiyyətlər əldə etmişdir. Eyni zamanda Ülviyyə Hacılının "Davamçılar" kitabında haqqında məqalə çıxmışdır. 2012-ci ildə yenidən R.Əliyev adına 3 saylı tam orta məktəbə qayıtmış, təhsilini burda başa vurmuşdur. 2014-cü ildə ali məktəbə daxil olduqdan sonra müxtəlif təşkilatlarda fəaliyyət göstərmiş, ölkəmizdə keçirilən beynəlxalq yarışlarda könüllü iştirak etmişdir. Ali məktəbi başa vurduqdan sonra, 2018-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Həqiqi hərbi xidməti başa vurduqdan sonra AFFA-da işə başlamışdır.                                                                                                                    

2020-ci il 27 sentyabr tarixində başlayan  Vətən müharibəsi ilə əlaqədar olaraq Ali Baş komandanın qismən səfərbərlik elan etməsilə 29 sentyabr tarixində xidmətə yollanmışdır. 2020-ci il 29 sentyabrdan 2021-ci il 10 yanvar tarixinədək Qarabağ korpusunun N saylı hərbi hissəsinin tərkibində müxtəlif sərhədboyu rayonlarda artilleriya qoşunlarında xidmət etmişdir. 44 günlük Vətən müharibəsi dövründə Gəncə, Şəmkir, Tovuz, Daşkəsən,Kəlbəcər rayonlarında olmuşdur. 2021-ci il yanvarın 10-da tərxis edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi