Onlayn fənn olimpiadası

      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq təlimatına uyğun 16 yanvar 2021-ci il tarixində Binəqədi rayonu R. Əliyev adına 3 nömrəli tam orta məktəbdə ilk dəfə olaraq onlayn şəkildə VIII, IX, X, XI sinif şagirdləri arasında fənn olimpiadasının (Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, Kimya, Biologiya, Fizika, Coğrafiya, Tarix) məktəb turu keçirildi. "Virtual məktəb" platformasında reallaşan olimpiadanın keçirilməsinə nəzarət edən məktəbin direktoru Almaz Həsrət imtahandan öncə şagirdləri salamlayaraq onlara psixoloji dəstəyini göstərdi, hər kəsə uğur dilədi. Sonda olimpiadanın düzgün təşkili üçün məktəbin metodbirləşmə rəhbərlərinə xüsusi təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi