Sabahın alimləri"Sabahın Alimləri " X Respublika Müsabiqəsində İSEF-İntel Mühəndislik sərgisində "Təhlükəsiz Tərəzi" layihəsi üzrə məktəb-liseyin X sinif şagirdi Abdullayev İkram və XI sinif sagirdi Nuruyev Elvin II yerə layiq görülmüşdür. Layihənin elmi rəhbəri məktəbin İnformatika və Riyaziyyat müəllimi Nuruyeva Aynur Tofiq qızıdır.
Sabahın alimləri"Sabahın alimləri" lX Respublika müsabiqəsində məktəb- liseyin şagirdləri Riyaziyyat kateqoriyası üzrə "Yeni üsulla 11-ə bölünmə əlaməti qalıq göstərən kalkulyator layihəsi" üzrə təqdimatı ilə lll yerin qalibi oldular . Elmi rəhbər məktəb-liseyin Riyaziyyat və Informatika fənn muəllimi Aynur Abbaszadə.
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi.Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2013-cü il tarixli Sərəncamı ilə 2012/2013-cü tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibidir. ”Promethean İnteraktiv lövhələrinin tədrisdə tətbiqi” müsabiqəsinin I-IV siniflər üzrə hazırlanmış ən yaxşı resurs nominasiyası üzrə I yerə layiq görülüb, DİPLOM VƏ Active Expressions (test cavablandırma qurğusu) ilə mükafatlandırılıb. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün təşkil olunmuş “Təməl” Təqaüd proqramında iştirak etmiş, proqramı uğurla başa vurduğu üçün “TƏMƏL” sertifikatına, “PROMETHEAN”interaktiv lövhəyə və digər İKT avadanlığına layiq görülüb. “Elektron məktəb üçün elektron müəllim” üzrə təlimində sertifikata, “Promethean” interaktiv lövhələrdən istifadə üzrə təlim kursunu müvəffəqiyyətlə bitirdiyinə görə sertifikat, “Təhsil prosesində uşaqlara şəxsiyyətyönümlü –humanist yanaşmanın əsasları”konfransında iştirak etmiş və beynəlxalq sertifikata, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Təhsildə interaktiv texnologiyalar-2014” müsabiqəsində – sertifikata, Pedaqoji kadrların metodiki, elmi-nəzəri və təcrübü hazırlığının təkmilləşdirilməsi məqsədilə ” Öyrədənlərin öyrədilməsi” layihəsi çərçivəsində “ Elektron tədris resurslarının hazırlanması və tətbiqi qaydaları” üzrə kurs - I dərəcəli sertifikata, “Ümumi orta təhsil səviyyəsi üzrə yeni fənn kurikulumlarının tətbiqi və fəal təlim”-təlimçilərin təlimi kursu ( 28 dekabr2012-06 yanvar 2013) təlimçi sertifikatına layiq görülüb. Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar 2010 cu il martın 09-dan 19-dək Bakı şəhərində təşkil olunmuş “Öyrədənlərin öyrədəni” kursundan keçərək “Təlimçi” statusu alıb. 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” Humanitar Təşkilatı İctimai Birliyi tərəfindən təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə “İntel Gələcək üçün Təhsil” təlim kursunda iştirak etmiş və sertifikata layiq görülüb. 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Smart Technologies” şirkəti tərəfindən təşkil edilmiş Məktəb müəllimləri və təhsil müəssisələrinin işçiləri üçün “ Dymo/ Mimio İnteraktiv Texnologiyaları ilə tədris” təlim kursunda iştirak edib və Sertifikata layiq görülüb. ABŞ-ın Nyu-York ştatında Təhsil Departamenti tərəfindən təşkil edilmiş ”Autizmli uşaqların ehtiyaclarının ödənilməsi ” kursunda iştirak edib. 04-10 mart 2012-ci ildə Bakı Baş Təhsil İdarəsi və Doğu Akdeniz Üniversitesinin birgə həyata keçirdiyi “Mobile Curriculum 2012” təlimində iştirak etmiş və “Beynəlxalq dərəcəli diploma” layiq görülmüşdür. Binəqədi rayon icra hakimiyyəti tərəfindən “Pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə” Fəxri fərmanı ilə təltif olunmuşdur. 2011-ci ildə Azərbaycan Respublikası “Təhsil” Mərkəzininm “XXI Əsrin Ziyalıları” MM Cəmiyyəti ilə birgə keçirdiyi sorğu və müsabiqələrin nəticələrinə əsasən “ Ulu Öndərimiz, Ümummilli liderimiz Heydər Əliyevin arzularının və ideyalarının” təbliğində, həyata keçirilməsində ğöstərdiyi xidmətlərinə, səmərəli pedaqoji-ictimai fəaliyyətinə, eləcə də mətbuata göstərdiyi diqqət və qayğısına görə Fəxri diploma layiq görülmüşdür. 2012-ci ilin oktyabr və yanvar aylarında AzETA təşkilatı tərəfindən təşkil olunmuş və Türkiyəli Ekspert Erdem Soylemezin keçirdiyi təlimlərdə iştirak etmiş və sertifikata layiq görülmüşdür . 2013-cü ildə “Ümumi orta təhsil sıviyyəsi üzrə yeni fənn kurikulumların tətbiqi və fəal təlim ” mövzusunda keçirilən təlimçilərin təlimi kursunda iştirak etmiş və sertifikata layiq görülmüşdür. Azərbaycan Republikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun təşkil etdiyi 2014-cü il fevral ayının 06-dan 15-dək Təhsil Texnologiyaları Mərkəzində təşkil olunmuş “Yeni məktəbəqədər təhsil kurikulumunun tətbiqi ilə əlaqədar” öyrədənlərin öyrədəni kursunu müvəffəqiyyətlə keçərək “Təlimçi” statusu almışdır. Mütamadi olaraq dövrü mətbuatda çıxış edir. Məqalələri “Azərbaycan müəllimi”, “Təhsil Problemləri”, “Bakı Təhsili” qəzetlərində, “Məktəbəqədər və İbtidai təhsil” jurnalında nəşr olunub. Dəfələrlə Bakı Şəhər Təhsil idarəsi, Binəqədi rayon icra hakimiyyəti və məktəb rəhbərliyi tərəfindən Fəxri Diplomlarla təltif olunub.