Məktəbin əsas binası 1934-cü ildə tikilmişdir.1950-ci ildən məktəb kimi istifadəyə verilmişdir.Məktəbimiz şəhid Rizvan Pirnəzərovun adını daşıyır.Məktəb 3 korpusdan ibarətdir və 2008-ci ildə əsaslı təmir olunmuş 840 yerlik əlavə korpus tikilib istifadəyə verilmişdir.Məktəb 2008-ci ildə sentyabrın 23-dən Təhsil Nazirliyinin əmrinə əsasən məktəb- lisey kimi fəaliyyət göstərir.
2024-2025-cü tədris ilində məktəbdə 2557 şagird təhsil alır.Bunlardan 1207 nəfəri qız,1350 nəfəri oğlandır.Rus bölməsində 348 şagird təhsil alır.
Məktəbin müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqları, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, şəbəkəyə qoşulmuş kompüter otaqları, kitabxanası, bufeti, akt və idman zalları vardır. Sinif otaqları, dəhlizlər kamera vasitəsi ilə izlənilir.Tədris prosesində İKT avadanlıqlarından; kompüter, "ağıllı" lövhələr, noutbook və proyektorlardan istifadə olunur.Məktəb kitabxanası həm bədii ədəbiyyatla, həm də dərsliklər və dərs vəsaitləri, metodik vəsaitlərlə təmin olunub.Məktəbin I siniflərinə şagird qəbulu elektron qaydada aparılır. Azərbaycan və rus bölməsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərir.
Təhsil Nazirliyinin keçirdiyi "Sabahın alimləri" adlı VII Respublika müsabiqədə məktəb liseyi Smart bin 2018" lahiyəsi ilə təmsil edən IX sinif şagirdləri Muradov Almaz və Həsənova Aysel II yerə layiq görülərək gümüş medal qazanıblar.2020 ci ildə"Sabahın Alimləri " X Respublika Müsabiqəsində İSEF-İntel Mühəndislik sərgisində "Təhlükəsiz Tərəzi" layihəsi üzrə məktəb-liseyin X sinif şagirdi Abdullayev İkram və XI sinif sagirdi Nuruyev Elvin II yerə layiq görülmüşdür.
Şahmat üzrə Azərbaycan Kuboku uğrunda yarışda Ağsu rayonunda keçirilən Təhsil Nazirliyinin təşkil etdiyi Respublika Şahmat yarışında II yerə layiq görülmüş,
məktəb-liseyin 6c sinif şagirdi Suleymanli Ismayil Rövşən oglu 25 may 2021-ci il tarixində ölkə üzrə 6-cı və 7-ci sinif şagirdləri arasında Məktəblilərarası VI Fənn Müsabiqələrinin final mərhələsində Riyaziyyat fənnindən yüksək bal toplayaraq I yerin qalibi olmuşdur.
Şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, yaradıcı təfəkkürünün inkişafı, bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədi ilə yaradılmış “Kiçik Akademiya” fəaliyyət göstərir.Mütəmadi olaraq müxtəlif formatlı tədbirlər keçirilir, ekskursiyalar təşkil edilir. Məktəbimiz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Təhsili dəyərə çevirək" devizi altında "Ekologiya və Sağlamlıq" istiqamətində keçirdiyi "Ekoloji aylıqlar", "Məktəb icması", "Kiçik Akademiya" layihələrinə qoşulub və uğurlu nəticələr əldə edib.
2020-2021-ci tədris ilində məktəb-liseyin 12 məzunu buraxılış və qəbul imtahanlarında 500-dən yuxarı bal toplamışlar.Belə ki 2021-2022-ci tədris ilində məktəb-liseyin məzunu Sevdimli Jalə Ceyhun qızı 690.2 bal toplayaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.
Buraxılış imtahanında yüksək nəticə göstərən məzunlarımız !!!!
Sevdimli Jalə - 690. 2 bal, Hüseynova Çiçək - 614 bal ,Zeynallı Zeynal - 601.1 bal,Nəcəfzadə Nigar - 599 bal ,Quluzadə Sevinc - 590 bal,Hacımuradlı Fidan- 583 bal,Ramazanov Zeynalabdin- 577.7 bal,Kərimova Nəzrin- 566 bal,Həsənov Əkbər - 560 bal,Tagıyeva Ləman - 528.5 bal,Sıxıyeva Fatimə - 511 bal,Səfərova Rəqsanə- 507.7 bal
2021/2022-ci tədris ilində yüksək bal toplayan məzunlarımız!
1. Əhmədova Nəzrin Nəsimi q. 676 bal-11f
2. Qulubəyli Pünhan Asəf o. 671.2 bal-11b
3. Əliyeva Nazənin Vaqif q. 654.9 bal -11b
4. Hüseynli Zəhra Əlizamin q. 637 bal - 11b
5. Səfərli Nicat Səfərəli o. 630 bal - 11 ç
6. Nəsirova Nigar İlham q. 628 bal - 11b
7. Aslanov Rəvan Aslan o. 595 bal - 11ç
8. Həşimli Emiliya Emin q. 583 bal-11f
9. Ələsov Ehtibar Əhməd o. 582 bal -11b
10. Xəlilova AytənYusif q. 580 bal
11. Əlipaşayeva Aysu Taleh q. 570 bal - 11b
12. Alıyev Məhəmməd Amil o. 562 bal - 11ç
13. Cəbrayılova Gülay Elşən q. 540 bal - 11 b
14. Səfərli Banu Nəsimi q. 527 bal -11ç
15. Həsənli Aysu Anar q. 526 bal - 11ç
16. Cəfər-zadə Kərim Zaur o. 521 bal - 11a
17. Əhmədova Aynurə Elqar q. 516 bal - 11a
18.Kərimova Nigar Melikheydər q. 510 bal -11ç
19. Məmmədli Mirzağa Aslan o. 507 bal - 11ç.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini uyğun olaraq Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə məktəb liseyin ana dili və ədəbiyyat müəllimi Verdiyeva Nuriyyə Vəli qızı “Tərəqqi” medalı ilə təltif edilmişdir.
2022-2023-cü tədris ilində seçilən-yüksək bal toplayan məzunlasrımız
1.Abdullayev Emil Rahim oğlu 683 bal
2.Əsgərov Cavidan Elmar oğlu 641 bal
3.Sultanova Fəxrənsə Emil qızı 636 bal
4.Şirinzadə Fidan Natiq qızı 615 bal
5.Allahverdiyeva Nərmin Qurban qızı 601 bal
2024–2025-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş eyni zamanda Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş və Prezident təqaüdü alan tələbələr sırasında məktəb-liseyin məzunu bir çox uğurlara nail olmuş Nərmin Ağazadə Teymur qızıda yer alıb .
Azərbaycan Tibb Universiteti, 1-ci Müalicə-Profilaktika fakültəsi, -680.8 bal
2023-2024-cü ili əhatə edən tədris dövründəBinəqədi rayonu ərazisində fəaliyyət göstərən Rizvan Pirnəzərov adına 299 N-li məktəb-liseyin yüksək bal toplayan məzunlarımız