Kiçik Akademiya

Hesabat yığıncağıMəktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiya" üzvlərinin I yarımil ərzində gördükləri işlər və bir çox intellektual oyunlarda fəal iştirakları haqqında hesabat yığıncağı.

Ətraflı

"5 Buta" komandasının uğuruBinəqədi rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın görkəmli şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə məktəblilər arasında "Xəmsə" milli intellektual oyunu üzrə rayon turniri keçirilmişdir. Yeni ilin ilk xəbəri olaraq "Kiçik Akademiya" nın nəzdində fəaliyyət göstərən "5Buta" komandasının növbəti uğurlu xəbərini diqqətinizə çatdırırıq. Məktəb-liseyin "5 Buta" komandası bu turnirdə uğurla çıxış edərək II yerin qalibi olmuşdur. Sonda turnirin qalibləri müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılmışdır. Qalib gəlmiş komandamızı təbrik edir gələcəkdə də bol bol uğurlar arzu edirik!

Ətraflı

MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN "KİÇİK AKADEMİYA" HAQQINDABakı şəhəri Rizvan Pirnəzərov adına 299 nömrəli məktəb-liseydə yaradılan “Kiçik Akademiya” 2015-ci il tarixdən fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın yaradılmasında əsas məqsəd məktəbdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işlərinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsidir. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, elmi tədqiqatlar aparmaq bacarığı formalaşdırmaq, məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Azərbaycan Respublikası təhsil nazirinin 21.01.2008-ci il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş "Kiçik Akademiya" haqqında Əsasnaməyə uyğun olaraq "Ümumi təhsil müəssisələrində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair" BŞTİ-nin 29.01.2019-cu il tarixli F-67 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilib. "KA"-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər davam edir.

Ətraflı
HAQQIMIZDA

Məktəbin əsas binası 1934-cü ildə tikilmişdir.1950-ci ildən məktəb kimi istifadəyə verilmişdir.Məktəbimiz şəhid Rizvan Pirnəzərovun adını daşıyır.Məktəb 3 korpu...

BİZİM FƏXRLƏRİMİZ

Zakir Umudov Rəşad

Əli Qədirov Məzahir

HAQQIMIZDA

Məktəbin əsas binası 1934-cü ildə tikilmişdir.1950-ci ildən məktəb kimi istifadəyə verilmişdir.Məktəbimiz şəhid Rizvan Pirnəzərovun adını daşıyır.Məktəb 3 korpu...

BİZİM FƏXRLƏRİMİZ

Zakir Umudov Rəşad

Əli Qədirov Məzahir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi