MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN "KİÇİK AKADEMİYA" HAQQINDA

Bakı şəhəri Rizvan Pirnəzərov adına 299 nömrəli məktəb-liseydə yaradılan “Kiçik Akademiya” 2015-ci il tarixdən fəaliyyətə başlayıb. “Kiçik Akademiya”nın yaradılmasında əsas məqsəd məktəbdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işlərinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsidir. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaq, elmi tədqiqatlar aparmaq bacarığı formalaşdırmaq, məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəflərimizdəndir. Azərbaycan Respublikası təhsil nazirinin 21.01.2008-ci il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş "Kiçik Akademiya" haqqında Əsasnaməyə uyğun olaraq "Ümumi təhsil müəssisələrində "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsinə dair" BŞTİ-nin 29.01.2019-cu il tarixli F-67 nömrəli əmri rəhbərlik və icra üçün qəbul edilib. "KA"-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər davam edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi