FƏXRİMİZ

Rizvan Məhərəm oğlu Pirnəzərov 23 fevral 1963-cü ildə Ermənistan SSSR Krasnoselo rayonu Görkənd kəndində anadan olmuşdur. 1980-ci ildə Görkənd kənd məktəbini bitirmiş və həmin ildə Donetsk Ali Hərbi Siyasi məktəbinə qəbul olmuşdur. 1984-cü ildə hərbi təhsilini başa vurduqdan sonra Rizvan Əfqanistan Respublikasında,Pribaltika Hərbi İdarəsində qulluq etmiş və xidmətlərinə görə bir sıra orden və medallara təltif olunmuşdur.Göstərdiyi cəsarət və igidliyə görə”Qırmızı Ulduz” ordeninə layiq görülmüşdür. Erməni vəhşiliyinin tuğyan etdiyi bir dövrdə könüllü olaraq Azərbaycana gəlmiş,qaynar nöqtədə,o cümlədən Gədəbəy və Qazax rayonlarının Ermənistanla həmsərhəd olan bölgələrində fəaliyyətini davam etdirmişdir.Fəxrlə deməliyik ki,daşnak yuvası olan Köhnə Başkənd əməliyyatı bilavasitə döyüşçü, həm də görkəmli sərkərdə Rizvanın rəhbərliyi altında həyata keçirilmiş və erməni-daşnak qərargahı darmadağın edilmişdir. 13 avqust 1992-ci ildə Gədəbəy rayonunun Çənlibel kəndində gedən döyüşlərin birində Rizvan erməni gülləsinə tuş gəldi, şəhidlik zirvəsinə ucaldı. 28.06.1995-ci ildə Nazirlər Kabinetinin qərarı ilə köhnə 4N-li dəmiryol məktəbi indiki 299 N-li məktəb-liseyə Pirnəzərov Rizvan Məhərrəm oğlunun adı verilmişdir. 299N-li məktəb-liseyin girişində şəhidimizin büstü mövcuddur.


Rizvan Pirnəzərov haqqında əlavə məlumat

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi