Respublika günü

   Məktəb-liseydə "Respublika günü" genış şəkildə qeyd olundu. Tədbiri məktəb-liseyin direktoru Solmaz xanm çıxışı ilə açıq elan edərək qeyd etdi ki, May ayı fəxarətli, uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin olduğu bir aydır. 1918-ci ilin bu günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Solmaz xanımın çıxışından sonra şagirdlərin təqdimatında şerlər söylənmiş, rəqs və mahnılar ifa olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi