Məktəb-liseydə “Son zəng”

Məktəb-liseydə “Son zəng” tədbiri keçirildi. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi, məzunumuz olan şəhid Davud Qurbanovun anası, məktəbin pedaqoji kollektivi, məzunlar və valideynlər iştirak etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunduqdan sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdi. Eyni zamanda yüksək bal toplayan şagirdləri, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri arasında təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi, rayon məktəblərin arasında 2-ci yerin qalibi olmuş məktəbimizin "Şahinlər" komandası məktəb rəhbərliyi tərəfindən təltif olundu.

Tədbirdə “Bilik açarı” məzunlar tərəfindən X sinif şagirdlərinə təqdim olundu və “Son zəng” çalındı.

#ElmvəTəhsilNazirliyi

#təhsilidarəsi

#EduAz

#MÜTDA

#məktəb299

#sonzəng

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi