“Mən şəhid oldum,Ana”

   Müasir dövrdə ümümtəhsil məktəb şagirdlərini tərbiyə olunma sisteminin daha da təkəmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fəaliyyət planının 3.1.9 (Ümumtəhsil məktəblərində nümunəvi siniflərin bu və ya digər qəhrəmanın adı ilə adlandırılması təcrübəsinin tətbiqi )bölməsinə əsasən R.Pirnəzərov adına 299 N-li məktəb-liseydə şagirdlərdə vətənpərvərlik hissinin aşılanması ilə bağlı olaraq bir çox nümunəvi siniflərə Milli qəhrəmanlarımızın adı verilmişdir.
Buna misal olaraq 19 yanvar 1986-ci il,Cəlilabad rayonunda anadan olmuş,Azərbaycan zabiti, "İgidliyə görə"medalı ilə(ölümündən sonra) təltif olunmuş Fərid Güloğlan oğlu Əhmədovun adı verilmiş”Gənc Fəridçilər” olan 4ç sinfinin təqdimatında “Mən şəhid oldum,Ana” adlı tədbiri keçirilmişdir. Tədbirə şəhidin ailə üzvləri də dəvət olunmuşdur.
"Fərid Əhmədovun qəhrəmanlığı bu gün həyata atılan, orduda xidmətə gedən və hərbi xidmətə hazırlaşan gənclər üçün örnəkdir, nümunədir. Vətən yolunda canını qurban vermiş, şəhid olmuş Azərbaycanın qəhrəman oğlu Fərid Əhmədovun həyatı, onun qəhrəmanlığı bütün xalqımız üçün, o cümlədən, gənclərimiz üçün örnəkdir, dərsdir".

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi