Valideynin məktəbdə bir günü

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 28.01.2019-cu il tarixli F-66№-li əmrinin icrasının təmin edilməsi məqsədilə "Valideynin məktəbdə bir günü" layihəsi R.Pirnəzərov adına 299№-li məktəb-liseydə uğurla həyata keçirilmişdir. Məktəblə tanışlıqdan sonra məktəb-liseyin ümumi nailiyyətləri haqqında geniş məlumatı məktəbin direktoru Solmaz Kazımova, məktəbdaxili yarımillik qiymətlərin hesablanması qaydaları və qiymətləndirilmə vasitələrinin hazırlanması haqqında isə Verdiyeva Nuriyyə Vəli qızı bir daha genış məlumat verdi. Valideynlərə məktəb-liseydə fəaliyyət göstərən "Kiçik Akademiyada" görülən işlər barədə vitse-prezidenti Məmmədzadə Nuray Elxan qızı məlumat verdi. 
Sonda isə şagirdlərin təqdimatinda konsert proqramı təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi