Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac

     “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” aksiyası keçirilir.
Noyabrın 17-də Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyasına start verilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəsil arasında ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır. R.Pirnəzərov adına 299№-li məktəb-lisey olaraq Bakı Şəhər Təhsil İdarəsinin dəstəyi ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” aksiyasında BŞTİ-nin nümayəndəsi Şirindil Əhmədov, müəllim-şagird kollektivi ilə fəal iştirak etmişlər. Bizim məktəbdə bu aksiyada iştirak edərək on ağac əkmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi