Torpağın səsi

     Binəqədi Rayon Gənclər və İdman İdarəsi Gənclərin hərbi xidmətə yolasalma mərasimi 13 aprel 2018-ci il tarixində Biləcəri qəsəbəsində yerləşən “Milli Qəhrəmanlar” parkında Binəqədi Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin birgə təşkilatçılığı ilə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi. Yolasalma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, müavin Aygün Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon idarəsinin rəisi Novruz Rəhimov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov,       Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, Binəqədi rayonunda fəaliyyət göstərən İctimai Birliklərin rəhbərləri, YAP Gənclər Birliyinin fəal üzvləri, Aprel şəhidlərinin valideynləri, hərbi xidmətə yola salınan gənclər və məktəblilər iştirak etdilər.
  Tədbir başlamazdan öncə Milli Qəhrəmanlar abidəsinin önünə əklil qoyuldu. Azərbaycan Respublikasının Dövlət himni ilə tədbir açıq elan edildi. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov Aprel ayının tariximizə qələbə ayı kimi həkk olunduğunu, ordumuzun qəhrəman əsgərlərinin düşmən ordusunu ağır məğlubiyyətə uğradaraq, xalqımıza zəfərin çox yaxında olduğunu göstərdiyini dedi. Natiq Lələtəpəyə üçrəngli şanlı Azərbaycan bayrağını sancan, düşmən əsarətində olan torpaqlarımıza arzusunda olduğu müstəqilliyi daddıran, hər bir vətəndaşa şərəfli qəhrəmanlıq əzmi bəxş etdirən qəhrəman əsgərlərimizin, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə yeni qələbə və zəfərlərə çatacağına əmin olduğunu qeyd etdi. Tədbir Binəqədi rayonu Rizvan Pirnəzərov adına 299№-li məktəb-liseyin şagirdlərinin ifasında – “Torpağın səsi” kompozisiyası ilə davam etdirildi. Sonda gənc çağrışçılar “Cəngi” sədaları altında Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola salındılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi