Rizvan Pirnəzərovun 55 Illik yubleyi

        Öz qanı ilə müqəddəs Vətən torpağını müqəddəsləşdirən, ölümü ilə ölməzliyə qovuşan, şəhidlik zirvəsini fəth edən 1984-cü ildən Əfqanıstanda 80-dən çox döyüşlərdə iştirak etmiş, göstərdiyi şücaət, cəsarət və igidliyə görə “Qırmızı Ulduz” ordeni, SSRİ və Əfqanıstan Respubliksının medalları ilə təltif olunmuş igidlərimizdən biridə Rizvan Pirnəzərovdur.
      Hər döyüşdə xüsusi mərdlik və qəhrəmanlıq göstərən soydaşımız Başkəndin alınmasında, üç gün ərzində erməni canilərinin qarşısını alarkən igidcəsinə 13.08.1992-ci ildə qəhrəmancasına həlak olmuşdur. Düşmən gülləsi 29 yaşlı Rizvanın taleyini yarıda qoymuşdur. Böyük adamlar az yaşayır axı!!! Rizvanın özü getsədə, igidliyi, mərdliyi bizə ibrət kimi qaldı. Vətən yolunda ölməyin xoşbəxtliyinidə bızə öyrətdi. R.Pirnəzərov adına 299№-li məktəb-lisey olaraq hər il olduğu kimi, 25.02.2018-ci il tarixində Pirnəzərovun ad günü qeyd olundu. Həyat və döyüş yolunu əks edən tədbir kecirildi. Tədbirdə şəhidin qohumları ilə yanaşı tanınmış sənətkarımız Şəmistan Əlizamanlı, icra hakimiyyətinin səlahiyyətli nümayəndəsi Elnur Məmmədov və Biləcəri bələdiyyəsinin nümayəndəsi iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi