"Qan qrupları. Donar olmaq həyat qurtarar" mövzusunda açıq dərs
R.Pirnəzərov adına 299№-li məktəb liseydə biologiya müəllimi Həşimova Vəfa Qabil qızı "Qan qrupları. Donar olmaq həyat qurtarar" mövzusunda elektron və praktiki dərs keçirtdi. Bu dərsdə 11№-li Uşaq poliklinikasının həkim-laborantı Əhmədova Minarə xanım məktəbin laboratoriya otağında uşaqlardan qan götürərək laboratoriyada qan qruplarının təyinıni praktiki olaraq göstərdi. Göstərdiyi köməyə görə 11№-li Uşaq poliklinikasının baş həkimi İbrahimova Məlahət xanıma və həkim-laborantı Əhmədova Minarə xanıma məktəb rəhbərliyi olaraq təşəkkürümüzü bildiririk.