Ulu Öndər "Heydər Əliyevin" anım günü

     Nə qədər Azərbaycan xalqı var, onun Heydər Əliyev kimi şəxsiyyəti də var! Biləcəri Bələddiyəsinin təşkilatçılığı ilə R.Pirnəzərov adına 299№-li məktəb-lisey şagirdləri həyatı hər birimiz üçün örnək olan Ulu Öndəri yad etmək üçün H.Əliyev mərkəzində oldular, və bu Böyük İnsanın xatirəsini yad etdilər.  

 2017-ci il 12 dekabr Dahi şəxsiyyət H.Əliyevin anım günü münasibətilə onun  həyat və fəaliyyətinə dair R.Pirnəzərov adına 299№-li məktəb-liseydə dəyirmi masa keçirildi. İştirakçılar ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad edərək bu əvəzolunmaz dahi insanın tarixin yaddaşına əbədi həkk olunmuş xidmətləri barədə fikirlərini bildirdilər. Azərbaycan səmasında daim günəş kimi parlayaraq, öz istiliyini və işığını xalqından əsirgəməyən ulu öndər H.Əliyevin "Anım günü" münasibətilə məktəbimizdə həmçinin rəsm sərgisi, inşa yazı müsabiqəsi və nümunəvi dərslər keçirildi. 
Nümunəvi dərsdə şagirdlər Dahı şəxsiyyətin vətən və xalq naminə həyata keçirdiyi, tarixi, unudulmaz xidmətlərindən danışdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi