"Məstan və Babu" kitabının müzakirəsi
Binəqədi rayonu R.Pirnəzərov adına 299№-li məktəb-liseydə "İbtidai sinif aylığı" çərçivəsində oxuyub-anlama bacarığının inkişafı istiqamətində IIIb sinfində uşaq yazıçısı Reyhan Yusifqızının "Məstan və Babu" kitabının müzakirəsi keçirilmişdir. Obrazlar şagirdlər tərəfindən uğurla canlandırılmış və kitabdan öyrəndikləri ətrafında diskussiya aparılmışdır.