9 noyabr Bayraq günü

9 noyabr Bayraq günü münasibətilə R.Pirnəzərov adına 299№-li məktəb-liseydə silsilə tədbirlərin görüntüləri. Bildiyiniz kimi, xalqımız mübarizələrlə dolu tarixi bir yol keçmişdir. Bunların hamsının bir məqsədi, bir məramı olmuşdur.: Azadlıq, müstəqillik....Müharibə şəraitində yaşamağımıza baxmayaraq, bayraq gününün təsis olunmasının və bayraq günü kimi qeyd edilməsinin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində, Xankəndinin mərkəzi meydanında üçrəngli bayrağın qaldırılması uğrunda " Vətən sağ olsun"!deməyi bacaran oğulların tərbiyə edilməsində müstəsna əhəmiyyət daşıması danılmazdır. Bəli üçrəngli ay-ulduzlu bayrağımız  Azərbaycan Hökumətinin 9 noyabr 1918-ci il tarixli fərmanı ilə təsis edildi. Bəli, bayraq, gerb, himn kimi rəmzlər milli dövlətçiliyin varlığını, xalqın amallarını obrazlı və bədii dildə ifadə edən mühüm amillərdəndir. Odur ki, özünü təsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc mənbəyi sayılır. Bayraq həm də dövlətin təfəkkür və düşüncə tərzinin dəqiq meyarıdır. Belə bayraqlardan biri Xəzər dənizinin sahilində, Bakı buxtasının ərazisində qürurla dalğalanır, bütün dünyaya müstəqil dövlətin varlığını nümayiş etdirir. Böyük iftixarla öpüb altından keçdiyimiz dövlət bayrağımızın müstəqilliyini və zərb-məsələ çevrilmiş bu sözləri heç vaxt unutmamalıyıq: "Bayraqları bayraq edən üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa vətəndir." Bu nurani bayrağımızın hər zaman ucalmasını arzu edirik. Yaşasın Azərbaycan xalqı!! Yaşasın Milli Bayrağımız!!! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi