“Müstəqilliyimiz əbədidir!”

Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerlərindən birini tutması sahəsində yeni bir mərhələ başlandı. Ulu öndər H.Əliyevin hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Hansı ki bu gün də Azərbaycan bu konsepsiyanın üzərində inkişaf edir, yeni-yeni uğurlara imza atır. Ümummilli lider qeyd etdiyi kimi “Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!”Müstəqilliyimiz xalqımızın igid oğullarının qanı ilə yazıldı şanlı tariximizə. Siz, xoşbəxt ölkənin xoşbəxt, azad övladlarısınız. Müstəqil Azərbaycanın, dövlətimizin sabahısınız. Hər biriniz bu azadlığı öz yüksək biliyiniz, vətənpərvərliyiniz ilə qoruyub saxlamalısınız. Ulu öndər Heydər Əliyev deyirdi: “Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq qazanmaqdan daha çətindir”. Bunun üçün isə sizin üzərinizə düşən ən əsas vəzifə yaxşı oxumaq və doğma, gündən-günə inkişaf edən Azərbaycanımızı sevməkdir”.Ulu öndərimizin bu dəyərli kəlamlarını əsas tutaraq 18 oktyabr Müstəqillik günü münasibətilə "Müstəqilliyimiz əbədidir" mövzusunda R.Pirnəzərov adına 299№-li məktəb liseyin "Bədii yaradıcılıq" dərnəyinin üzvlərinin iştirakı ilə məktəbin akt zalında tədbir keçırılmışdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi