"Şərqdə ilk operanı kim yaratdı" mövzusunda açıq dərs

26.05.2017-ci ildə Binəqədi rayonu 299 №-li məktəb liseyin tarix müəllimi Mirzəyeva Gülbənizin 5 ra sinifində Azərbaycan tarixi fənnindən "Şərqdə ilk operanı kim yaratdı" mövzusunda açıq dərs keçirildi.Dərsin məqsədi : Üzeyir Hacıbəylinin Azərbaycan musiqisi və mədəniyyətinin inkişafı üçün gördüyü misilsiz işlərin əhəmiyyətini şagirdlərə çatdırmaqdır. Dərs müxtəlif mərhələlərə ayrılmışdır.Şagirdlər tərəfindən Azərbaycan musiqisinin və mədəniyyətinin inkişafında Üzeyir Hacıbəylinin misilsiz işlərinin əhəmiyyəti istiqamətində tədqiqat aparıldı . Dahi bəstəkarın yaradıcılığından incilər olan "Leyli və Məcnun", "Koroğlu" operalarından "Arşın mal alan ", "O olmasın bu olsun " komediyalarından səhnəciklər şagirdlər tərəfindən çox məharətlə təqdim olundu . Bu dərs rus bölməsinin şagirdləri tərəfindən Azərbaycan mədəniyyətinin daha dərindən öyrənilməsi və sevilməsi istiqamətində böyük addım oldu .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi